...

ARDNŞ: Neftçilərin tətil elan etməsi barədə məlumat həqiqətəuyğun deyil

Cəmiyyət Materials 3 May 2013 14:58 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Bibiheybət" Neft və Qaz Çıxarma İdarəsində (NQÇİ) heç bir tətil keçirilmir.
ARDNŞ: Neftçilərin tətil elan etməsi barədə məlumat həqiqətəuyğun deyil

Azərbaycan, Bakı, 3 may /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Bibiheybət" Neft və Qaz Çıxarma İdarəsində (NQÇİ) heç bir tətil keçirilmir. Bunu cümə günü Trend-ə ARDNŞ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyev deyib.

Qeyd edək ki, daha əvvəl bəzi KİV-in yaydığı məlumatda NQÇİ-də əməkhaqqından narazı olan 100-ə yaxın işçinin tətilə başladığı bildirilirdi.

Quliyev deyib ki, idarədə 40 briqada işləyir. Bütün briqadalar iş yerindədir.

Qeyd edək ki, bu gün səhər saatlarında NQÇİ-nin 8 əməkdaşı ötən aya görə əməkhaqqında fərqi aydınlaşdırmaq üçün idarəyə gəlib. İzahatdan sonra cavabdan razı qalan əməkdaşlar işi davam etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti