...

Mikayıl Cabbarov: Təhsil Nazirliyi təhsil sahəsindəki hər bir dövlət qurumu ilə münasibətləri qarşılıqlı hörmət formasında quracaq

Cəmiyyət Materials 4 May 2013 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir M.Əliyev/

Bundan sonra Təhsil Nazirliyi təhsil sahəsində fəaliyyət göstərən hər bir dövlət qurumu ilə münasibətləri qarşılıqlı hörmət, qanunun aliliyi əsasında və Azərbaycan vətəndaşlarının xeyri naminə quracaq. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov şənbə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə münasibətlərinin hansı formada qurulacağı ilə bağlı suala cavab verərkən deyib.

Nazir bütün 11-ci sinif şagirdlərinin attestat almasını da qanunvericilik və sosial ədalət baxımından düzgün sayıb.

"Mən bir nazir olaraq, qanunverilcik və sosial-nöqteyi nəzərdən bu məsələdə bir problem görmürəm. Biz hər bir şagirdin öz biliyinə uyğun qiymət almasının tərəfdarıyıq. Qiyməti "iki"dirsə, "iki" də alsın. Sadəcə olaraq, bu attestatda qeyd olunmalıdır. Biz bu təklifi irəli sürürük, qərar müvafiq qaydada veriləcək", - nazir bildirib.

Cabbarov bunu şagirdlərin I sinfə qəbulu ilə bağlı gözlənilən bəzi dəyişikliklərə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Təhsil Problemləri İnstitutu orta məktəblərə yaxın ərazidə yaşayan, ancaq seçim zamanı müsabiqədən keçməyən həmin uşaqların 1-ci sinfə müsabiqədənkənar qəbulunu təklif etmişdi.

Cabbarov isə təhsillə bağlı tələsik qərarların verilməsinin tərəfdarı olmadığını bildirib.

O deyib ki, məsələ ilə bağlı qaydalar təkmilləşdiriləcəyi təqdirdə ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Cabbarov onu da əlavə edib ki, təhsil sahəsindəki islahatlar "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasına əsasən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti