...

Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar İmişli Şəkər Zavodunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2013 15:55 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar “Azərsun Holdinq”də Tədbirlər Planının icrasına uyğun olaraq mayın 7-də İmişli İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin, millət vəkili Çingiz Qənizadənin, Şəkər zavodu əməkdaşlarının iştirakı ilə anım tədbiri keçirilib.
Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar İmişli Şəkər Zavodunda tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar "Azərsun Holdinq"də Tədbirlər Planının icrasına uyğun olaraq mayın 7-də İmişli İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin, millət vəkili Çingiz Qənizadənin, Şəkər zavodu əməkdaşlarının iştirakı ilə anım tədbiri keçirilib. Tədbir iştirakçıları, İmişli şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin heykəlini, yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

İmişli İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Millət vəkili Çingiz Qənizadə, Azərsun Holdinqin baş direktoru Ahmet Yeman və digər natiqlər, Azərbaycan Respublikasının xilaskarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz fəaliyyəti, ölkəmizdə milli sahibkarlığın inkişafında əvəzolunmaz xidmətləri, onun müstəqilliyimizin qarantı kimi dövlətimizin davamlı inkişafındakı fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış ediblər.

Qeyd olunmuşdur ki, bütün respublikada olduğu kimi, İmişlidə də həyata keçirilən tikinti quruculuq işlərinin, yeni iş yerlərinin açılması və xalqın rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Bu sahədə "Azərsun Holdinq"in də fəaliyyəti yüksək qiymətləndirilmişdir.

Bayram münasibətilə, 600 İmişli sakininə "Azərsun Holdinq"in istehsalı olan məhsullardan ibarət bayram sovqatı hədiyyə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti