...

Bu ay Azərbaycanın çaylarında sululuq artacaq

Cəmiyyət Materials 8 May 2013 15:01 (UTC +04:00)
Azərbaycanda may ayının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın əriməsi, dağlıq ərazilərdə gözlənilən leysan xarakterli yağışlar nəticəsində çaylarda sululuğun artacağı gözlənilir.
Bu ay Azərbaycanın çaylarında sululuq artacaq

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda may ayının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın əriməsi, dağlıq ərazilərdə gözlənilən leysan xarakterli yağışlar nəticəsində çaylarda sululuğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bununla əladədar Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay) və şimal-şərq yamacının (Qusarçay, Qudiyalçay, Qaraçay) çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Proqnoza əsasən, mayda respublika ərazisində yağıntıların normaya yaxın, bəzi yerlərdə normadan bir qədər çox, temperaturun isə kiçik müsbət və mənfi fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.

Departamentdən bildirilib ki, bu ilin aprel ayı ərzində ölkə ərazisində yağıntının miqdarı əksər bölgələrdə normaya yaxın və normadan aşağı, Bakıda və Abşeron yarımadasında normadan çox, temperatur isə iqlim normasından 0,4-2 dərəcə yüksək olub.

Ayın 1-ci ongünlüyü ərzində temperaturun yüksəlməsi və orta dağlıq ərazilərdə qarın əriməsi nəticəsində çaylarda sululuğun artımı baş verib. Aprel ayı üzrə çaylarda gözlənilən sululuğa dair verilmiş hidroloji proqnozun özünü doğrultması 87 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti