...

Gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində tələbələrin təhsil ala biləcəkləri universitetlərin siyahısı müəyyənləşdirilib

Cəmiyyət Materials 20 May 2013 10:40 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin göndərilməsi nəzərdə tutulan xarici ali məktəblərin ölkələr üzrə yeni siyahısını təsdiqləyib.
Gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində tələbələrin təhsil ala biləcəkləri universitetlərin siyahısı müəyyənləşdirilib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin göndərilməsi nəzərdə tutulan xarici ali məktəblərin ölkələr üzrə yeni siyahısını təsdiqləyib. Trend-in bazar ertəsi Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda 30-dan cox ölkənin adı qeyd edilib. Həmin ölkələr Türkiyə, Çin, İtaliya, Almaniya, Ukrayna, Rusiya, Polşa, Norveç, Macarıstan, Malayziya və digərləridir.

Universitetlərin ölkələr üzrə siyahısı http://xaricdetehsil.edu.gov.az/c-universitetler/ yerləşdirilib. Belarus, Estoniya, Latviya və Litva respublikalarında fəaliyyət göstərən ali təhsil müəssisələrinə yalnız 2013/2014-cü tədris ilindən etibarən müvafiq qaydada daxil olmuş tələbələrin təhsilinin maliyyələşdirilməsi təmin edilə bilər.

2013/2014-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün prioritet ixtisas istiqamətlərinə baytarlıq, biologiya, fizika, iqtisadiyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, klassik Avropa musiqisi, qədim dillər, mühəndislik, nanotexnologiyalar, neft sənayesi, riyaziyyat, təhsilin təşkili və idarə olunması, tibb və turizm daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti