Azərbaycan, Bakı, 27 may / Trend, müxbir M.Əliyev/
Sabah Bakıda Respublika Gününün 95 illiyinə həsr olunmuş bayram konserti və atəşfəşanlıq olacaq.
Trend-in məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətindən bazar ertəsi bildirilib ki, mayın 28-də Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.
Bakı Şəhər İcra Hakimiyyəti şəhər sakinlərini bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.