...

Azərbaycanda ünvan reyestri ilə bağlı yenilik tətbiq olunacaq

Cəmiyyət Materials 31 May 2013 13:27 (UTC +04:00)
Dəyişikliklərə əsasən, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır.
Azərbaycanda ünvan reyestri ilə bağlı yenilik tətbiq olunacaq

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ünvan reysetri ilə bağlı yenilik tətbiq olunacaq.

Trend-in məlumatına görə, Milli Məclisin yaz sessiyasının son plenar iclasında bununla bağlı Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır.

Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq, torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

Müvafiq icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanını üç gün müddətində məlumatlandırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti