...

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 33 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 3 İyun 2013 12:44 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 33 dərəcəyə yüksələcək.
Azərbaycanın bəzi yerlərində havanın temperaturu 33 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 33 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun hərarəti 19-21 dərəcə isti olacaq.

İyunun 4-dən 6-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

Azərbaycanın bölgələrində də iyunun 4-də hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacağı gözlənilir.

G.Məmmədova deyib ki, yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişiklik ğözlənilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti