...

Ermənistanda elektrik enerjisinə görə tariflər artıb

Cəmiyyət Materials 7 İyun 2013 16:07 (UTC +04:00)
Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası bu gün keçirdiyi iclasında "Ermənistanın elektrik şəbəkələri" QSC-nin satdığı elektrik enerjisinin istehlakına görə yeni tarifləri müəyyənləşdirib.
Ermənistanda elektrik enerjisinə görə tariflər artıb

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası bu gün keçirdiyi iclasında "Ermənistanın elektrik şəbəkələri" QSC-nin satdığı elektrik enerjisinin istehlakına görə yeni tarifləri müəyyənləşdirib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, əhali üçün 1 kilovat-saat elektrik enerjisi istehlakına görə gündüz tarif ƏDV nəzərə alınmaqla 38 dram (əvvəl 30 dram), gecə tarifi isə ƏDV nəzərə alınmaqla 28 dram (əvvəl 25 dram) təşkil edəcək.

Qərar bu ilin iyun ayının 7-dən qüvvəyə minəcək.

Həmin gün təbii qaza görə yeni tarif də qüvvəyə minəcək. Komissiyanın qərarına əsasən, aylıq 10 min kubmetrədək qaz istehlak edən abonentlər üçün tarif hər 1000 kubmetrə görə 156 min dram (ƏDV nəzərə alınmaqla) təşkil edəcək.

Əvvəl isə aylıq 10 min kubmetrədək qaz istehlak edən abonent 1000 kubmetr üçün 132 min dram ödəyirdi.

İyunun 7-nə olan rəsmi məzənnə 414,92 AMD/USD təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti