...

ATƏT "İctimai birliklər və fondlar haqqında" qanunla bağlı təkliflərini təqdim edib (FOTO)

Cəmiyyət Materials 11 İyun 2013 18:37 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ATƏT-in Bakı ofisinin rəhbərinin müavini xanım Monika Martinezlə görüşüb.
ATƏT "İctimai birliklər və fondlar haqqında" qanunla bağlı təkliflərini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ATƏT-in Bakı ofisinin rəhbərinin müavini xanım Monika Martinezlə görüşüb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə xanım M.Martinez "İctimai birliklər və fondlar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı ATƏT-in Bakı ofisinin qeyd və təkliflərini təqdim edib.

A.Quliyev "İctimai birliklər və fondlar haqqında" qanunla əlaqədar Şuraya hər hansı bir rəsmi təklifin daxil olmadığını və Milli Məclisdə bu məsələnin hazırda müzakirə edilmədiyini bildirib.

Daha sonra ATƏT və Şura arasında əməkdaşlıq imkanlarının artırılması ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti