...

Baş pediatr: Azərbaycanda uşaq xəstəlikləri arasında tənəffüs yolları xəstəlikləri birinci yerdədir

Cəmiyyət Materials 17 İyun 2013 13:18 (UTC +04:00)
Bu gün Azərbaycanda uşaqlar arasında rast gəlinən xəstəliklər sırasında tənəffüs yolları xəstəlikləri birinci yerdədir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.
Baş pediatr: Azərbaycanda uşaq xəstəlikləri arasında tənəffüs yolları xəstəlikləri birinci yerdədir

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycanda uşaqlar arasında rast gəlinən xəstəliklər sırasında tənəffüs yolları xəstəlikləri birinci yerdədir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, bu ilin iyul ayından Azərbaycanda uşaqlar üçün yeni - pnevmakok çöplərinə qarşı peyvəndin tətbiqinə başlanacaq. Dünyada ən bahalı peyvəndlərdən sayılan pnevmakok çöplərinə qarşı peyvəndlər yeni doğulmuş uşaqlara 1 yaşınadək 3 dəfə - 2, 4 və 6 aylıqlarında vurulacaq.

Baş pediatr hesab edir ki, bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında ağır pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərə rast gəlmə tezliyi çox azalacaq: "Aparılacaq həmin tədbirlər də buna yönəlib. Biz bu xəstəliklərə rast gəlmə tezliyini azaltmaqla uşaq ölümü hallarını daha da azalda bilərik".

Nəsib Quliyev bildirib ki, aprelin ortalarında ölkə Prezidentinin sərəncamı ilə Azərbaycanda "Uşaqların icbari dispanzerizasiyası haqqında" qanun təsdiq olunaraq qüvvəyə minib. Onun sözlərinə görə, indiyədək Azərbaycanda uşaqların sağlamlığı ilə bağlı bu həcmdə qanun mövcud olmayıb: "Bununla da həm uşaqlara qarşı bütün profilaktik işlər, həm də onların sağlamlığının qorunması üçün lazım olan digər bütün tədbirlərin aparılması qanun çərçivəsinə salınıb. Uşaq sağlamlığının qorunması qanunla tənizmlənirsə, bu, bizi çox sevindirir".

O deyib ki, həmin qanunda da ən vacib məsələlərdən biri uşaqların peyvəndi işinin təşikili və onun inkişafıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti