...

Latviyanın sabiq prezidenti: Nizami Gəncəvinin irsi bizi ümumbəşəri insani dəyərləri anlamaqda ruhlandırır

Cəmiyyət Materials 30 İyun 2013 16:16 (UTC +04:00)
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi bizi ümumbəşəri insani dəyərləri anlamaqda ruhlandırır.
Latviyanın sabiq prezidenti:  Nizami Gəncəvinin irsi bizi ümumbəşəri insani dəyərləri anlamaqda ruhlandırır

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi bizi ümumbəşəri insani dəyərləri anlamaqda ruhlandırır. Biz hər birimiz fərd olaraq unikalıq, amma qarşılıqlı paylaşdırdığımız vahid dəyərlər mövcuddur - sevgi, azadlıq, sülh, bərabərlik və insanlıq. Nizaminin əsərləri bütün ədəbi sərhədləri aşaraq harada yaşamasından asılı olmayaraq hər birimizin qəlbinə toxunmuşdur və insanlıqın formalaşmasında özünü göstərmişdir. Trend-in məlumatına görə, bunu Latviyanın sabiq prezidenti Valdis Zatlers yaydığı müraciətində deyib. Məlumatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yayıb.

"Biz anlamalıyıq ki, müxtəlif dinlər və etiqadlar, fikir müxtəliflikləri, mədəni fərqlilik bizim elmimizi və təcrübəmizi zənginləşdirir. Elm və bilik isə sülhün və davamlı inkişafın qarantıdır,"- Zatlers qeyd edib.

Onun sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizaminin irsinin və xəzinəsinin qorunaraq, bütün bəşəriyyətə yayılmasında böyük və önəmli fəaliyyət göstərir.

"Bütün bu fəaliyyət hamımızın ehtiyac duyduğu dinlərarası və mədəniyyətlərarası dialoqun qurulmasında çox önəmlidir. O cümlədən, əminəmki dost və qardaş ölkələr olan Latviya və Azərbaycan arasındakı əməkdaşlıq və dostluq münasibətləri daima müxtəlif sahələrdə inkişaf edərək xalqlarımızın rifahı üçün yardımçı olacaqdır,"- deyə Latviyanın sabiq prezidenti vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti