...

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 42 dərəcəyə çatacaq

Cəmiyyət Materials 16 İyul 2013 12:38 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 42 dərəcəyə çatacaq.
Azərbaycanın bəzi yerlərində havanın temperaturu 42 dərəcəyə çatacaq

Azərbaycan, Bakı, 16yul /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 42 dərəcəyə çatacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək. Temperatur gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyədək isti olacaq.

Abşeron çimərliklərində temperatur 26-29 dərəcə olacaq.

Azərbaycanın rayonlarında iyulun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 25-30, bəzi yerlərdə isə 32 dərəcəyədək isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti