Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İ.İzzət/
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət qeydiyyatından keçmiş icmalara şəhadətnamələr təqdim edib.
Trend xəbər verir ki, təqdimetmə Dövlət Komitəsi tərəfindən Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən ən fəal dini icmalarının nümayəndələrinin, tanınmış ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin iştirakı "Dini icmaların sosial layihələrinə dəstək" mövzusunda müsabiqəsinin təqdimatı zamanı baş tutb.
Mərasimdə 11 dini icmaya şəhadətnamələr təqdim olunub. Şəhadətnamə alan icmaların nümayəndələri son bir ildə Dövlət Komitəsinin fəaliyyətində dini icmalarla yaranan sıx əməkdaşlığı yüksək qiymətləndiriblər.
Qeyd edilib ki, Komitə tərəfindən təşkil edilən bütün tədbirlərə dini icmaların cəlb edilməsi təqdirəlayiq haldır.
Tədbir ənənəvi iftar süfrəsi arxasında davam edib.