...

Milli.Az portalının yeni versiyası təqdim edilib

Cəmiyyət Materials 24 İyul 2013 11:15 (UTC +04:00)
Milli.Az portalının yeni versiyası tətbiq edilib. Yenilənmiş portal oxucularımıza son xəbərlərə daha rahat çıxış imkanı yaradır.
Milli.Az portalının yeni versiyası təqdim edilib

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Milli.Az portalının yeni versiyası tətbiq edilib. Yenilənmiş portal oxucularımıza son xəbərlərə daha rahat çıxış imkanı yaradır.

Milli.Az layihəsinin PR-direktoru Elina Şıxmaqomedova bildirib: "Fikrimizcə, yeni dizayn oxuculara portal üzrə daha səmərəli naviqasiya imkanlarını təqdim edir. Əsas odur ki, biz portalı yenidən qurarkən məhz oxucuya, onun seçimlərinə istiqamətlənmişik və bu zaman portalın əvvəlki versiyasının yaxşı tərəflərini saxlamağa çalışmışıq. Portalın strukturunu sadələşdirmişik, dizaynı təkmilləşdirmişik".

Dəyişikliklər təkcə portalın xarici görünüşünə şamil edilməyib. Şifr optimallaşdırıldıqdan və portalın bazası daha güclü serverə keçirildikdən sonra saytın məhsuldarlığı xeyli artıb. Proqramçılarımız və dizaynerlərimiz saytın istifadə rahatlığını və portalın yüklənmə sürətini artırmağa imkan verən bir sıra mürəkkəb texniki tapşırıqları həll ediblər.

Ümid edirik ki, yeni portal oxucularımız tərəfindən bəyəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti