...

AMEA doktoranturaya sənəd qəbulunu avqustun sonunda elan edəcək

Cəmiyyət Materials 15 Avqust 2013 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi tədqiqat institutları və müəssisələri üzrə doktoranturaya sənəd qəbulunu avqustun sonunda elan etməyi nəzərdə tutur.

Akademiyadan Trend-ə verilən məlumata görə, sənəd qəbulunun bir ay ərzində-sentyabrda aparılması planlaşdırılır. Doktoranturaya qəbul planı təsdiqləndikdən sonra sənəd qəbulunun dəqiq tarixləri müəyyənləşdiriləcək.

Hazırda AMEA-nın elmi tədqiqat institutları və müəssisələri üzrə doktoranturaya qəbul planı Nazirlər Kabinetində müzakirə edilir.

Qeyd edək ki, AMEA-dan olan yeni ixtisaslar, yeni elmi istiqamətlər qəbul planının yeni layihəsində nəzərə alınıb. Nanotexnologiyalar, kosmik tədqiqatlar, iqtisadi həyatın modernləşdirilməsi ilə bağlı sahələr qəbul planında prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti