...

Risk qrupuna daxil olan və meteohəssas insanlara xəbərdarlıq

Cəmiyyət Materials 17 Avqust 2013 10:54 (UTC +04:00)
Bu gün risk qrupuna daxil olan insanların əksəriyyəti -xroniki xəstələr, yaşlı insanlar və uşaqlar və meteohəssas insanlar geomaqnit dalğalarının tərəddüdü, meteoşəraitin tez-tez dəyişməsi ilə ilə əlaqədar diskomfort hiss edəcəklər.
Risk qrupuna daxil olan və meteohəssas insanlara xəbərdarlıq

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu gün risk qrupuna daxil olan insanların əksəriyyəti -xroniki xəstələr, yaşlı insanlar və uşaqlar və meteohəssas insanlar geomaqnit dalğalarının tərəddüdü, meteoşəraitin tez-tez dəyişməsi ilə əlaqədar diskomfort hiss edəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, belə kosmik havanın sağlam insanlara heç bir zərəri gözlənilmir və onların bundan narahat olmasına əsas yoxdur. Ancaq risk qrupuna daxil olan insanların bu gün həkimin məsləhəti ilə profilaktik tədbirlər görməsi məsləhət görülür. Avqustun 18-də və 19-da isə kosmik hava ilə bağlı problem olmayacaq.

Rəsədxanadan bildirilib ki, ümumilikdə avqustun 17-də planetin geomaqnit durumu tərəddüdlü olacaq. Avqustun 17-də baş verən tərəddüdlərin səbəbi Günəşdə baş verən növbəti partlayış nəticəsində yüksək sürətli plazma küləkləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti