...

Azərbaycanda 2 minə yaxın tibb müəssisəsində payız-qış mövsümünə hazırlıq görülüb

Cəmiyyət Materials 10 Sentyabr 2013 16:37 (UTC +04:00)
Səhiyyə naziri Oqtay Şirəliyevin tapşırığına əsasən, bu günlərdə 1980 tibb müəssisəsində payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilib.
Azərbaycanda 2 minə yaxın tibb müəssisəsində payız-qış mövsümünə hazırlıq görülüb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə naziri Oqtay Şirəliyevin tapşırığına əsasən, bu günlərdə 1980 tibb müəssisəsində payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində yanğından mühafizə qaydalarına, habelə payız-qış aylarına hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə 159 tibb müəssisəsindən 138-də yanğından mühafizə planı yoxlanılıb.

E.Ağayev bildirib ki, nazirliyin əməkdaşları Yanğından Mühafizə Xidmətinin əməkdaşları ilə birgə il ərzində bir neçə dəfə tibb müəssisələrində müvafiq qaydada yoxlama aparır, bu məsələdən irəli gələn tədbirlərlə yaxından tanış olurlar: "Son bir neçə il ərzində 500-dən artıq tibb müəssisəsinin yüksək standartlara uyğun qaydada əsaslı təmir edilərək və ya yenidən tikilərək istifadəyə verilməsi, güclü kadr hazırlığı məsələsi istiqamətində görülən işlər, tibb müəssisələrinin ən son və yüksək standartlara cavab verən tibbi avadanlıq və ləvazimatlarla təchizatı səhiyyə sektorunda dayanmadan görülən işlərin sübutudur. Lakin elə məsələlər var ki, bu məsələlərə xüsusi diqqət və nəzarət tələb olunur. Belə məsələlərdən biri də yanğından mühafizə məsələsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti