Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycanda havanın temperaturu 29 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz çənub-şərq küləyinə keçəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 18-21, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 14-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək.
Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.