Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Valideynlər yeni doğulmuş övladları haqqında şəhadətnamələrin surətini daha asan əldə edəcəklər.
Trend Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən xəbər verir ki, bundan sonra valideynlər doğumla bağlı şəhadətnaməni daha asan yolla ala biləcəklər. Belə ki, Səhiyyə Nazirliyi "Doğum haqqında tibbi şəhadətnamə" elektron registrindən məlumatların verilməsi adlı növbəti elektron xidmətini "Elektron hökumət" portalı vasitəsilə istifadəyə verib.
Xidmətdən istifadə etmək üçün portala giriş edərək, nazirliyin müvafiq bölməsinə daxil olmaq lazımdır. Həmin bölmədən sözügedən elektron xidməti seçdikdən sonra valideynin (ananın) yeni doğulmuş övladı haqqında şəhadətnamənin surətini əldə etməsi mümkündür.