...

Azərbaycanda əlillərin minik avtomobilləri ilə təmin olunması üzrə işlər uğurla davam etdirilir

Cəmiyyət Materials 18 Sentyabr 2013 13:25 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın bir neçə gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 180 ədəd “NAZ Lifan” markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulur.
Azərbaycanda əlillərin minik avtomobilləri ilə təmin olunması üzrə işlər uğurla davam etdirilir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend /

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın bir neçə gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 180 ədəd "NAZ Lifan" markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulur. Bu barədə çərşənbə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Avtomobillərdən 40 ədədi sentyabrın 18-də Bakıda, nazirliyin inzibati binasının həyətində müharibə əlillərinə təqdim olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov yeni minik avtomobili alan əlilləri bu münasibətlə təbrik edərək onlara xoş arzularını bildirib. Son on ilin ölkəmizdə bütün sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsində də sürətli tərəqqi mərhələsinə çevrildiyini konkret göstəricilər əsasında diqqətə çatdıran nazir Fizuli Ələkbərov respublikanın dinamik sosial-iqtisadi inkişafı şəraitində əlilliyi olan insanların dövlət hesabına mənzil və minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində işlərin də ilbəil gücləndiyini deyib.

Tədbirdə qeyd olunub ki, son on ildə respublikanın müxtəlif bölgələrində 4 mindən çox, ümumilikdə, 1997-ci ildən bu vaxta qədər 5 mindən çox mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib. 2003-2013-cü illərdə müharibə əlillərinə 2800-dən çox, 1998-ci ildən bu vaxta qədər isə 3800-dən artıq minik avtomobili təqdim olunub.

1998-2008-ci illərdə müharibə əlillərinə verilən "OKA" markalı minik avtomobillərini ölkənin dinamik inkişafının daha bir göstəricisi olaraq, 2009-2010-cu illərdə "SLAVUTA" markalı, 2011-ci ildən etibarən isə rahatlığı və zahiri görünüşü ilə onlardan daha üstün olan "NAZ Lifan" markalı avtomobillər əvəz etməyə başlayıb.

Tədbirdə minik avtomobili ilə təmin olunan əlillər ürək sözlərini bildirərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti