...

İranda müxtəlif xəstəliklərdən ölənlərin 40 faizindən çoxu ürək-damar xəstələridir

Cəmiyyət Materials 18 Sentyabr 2013 17:16 (UTC +04:00)
İranda müxtəlif xəstəliklərdən ölənlərin 43,7 faizini ürək-damar xəstələri təşkil edir.
İranda müxtəlif xəstəliklərdən ölənlərin 40 faizindən çoxu ürək-damar xəstələridir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranda müxtəlif xəstəliklərdən ölənlərin 43,7 faizini ürək-damar xəstələri təşkil edir. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın səhiyyə naziri Həsən Qazizadə Haşimi bu gün Tehranda keçirilən "Ürək-damar xəstəliyi sahəsində yeniliklər" adlı konfransda çıxışı zamanı deyib.

H.Q.Haşimi qeyd edib ki, ölkədə kişilər orta hesabla 59, qadınlar isə 65 yaşında ürək-damar xəstəliyinə tutulurlar: "Ürək-damar xəstəliyinin qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi vacibdir".

O bildirib ki, qeyri-yoluxucu xəstəliklər hazırda dünya, o cümlədən İran səhiyyəsinin əsas problemlərindən biridir: "İldə 36 milyon nəfər qeyri-yoluxucu xəstəliklərdən dünyasını dəyişir. Vəfat edənlərin 80 faizi aşağı və orta gəlirli ölkələrdə yaşı 60-dan az olan insanlardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti