...

Sabah axşamdan Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, əksər rayonlarda yağış yağacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 20 Sentyabr 2013 12:56 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sabah gün ərzində Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək.
Sabah axşamdan Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, əksər rayonlarda yağış yağacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 21-i axşam saatlarından başlayaraq, Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, temperatur bir neçə dərəcə düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 21-i axşamdan Azərbaycanın rayonlarında qeyri-sabit və yağışlı hava səraiti gözlənilir. Əksər rayonlarda şimşəklə müşaiət olunan yağışlar proqnozlaşdırılır.

Sabah gün ərzində Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək.

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə18-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava sentyabrın 21-də əsasən yağmursuz olacaq, lakin gecə və axşam saatlarında dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti