Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Paytaxta yağan güclü yağış J2/256 Naxçıvan-Bakı aviareysinin işinə təsir edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumata görə, hava şəraiti ilə əlaqədar olaraq Naxçıvan-Bakı reysinin ləğv edilib-edilməyəcəyi dəqiq bilinmir.
Digər reyslərin uçuş qrafikində gecikmə qeydə alınmayıb.
Qeyd edək ki, bazar ertəsindən çərşənbə axşamına keçən gecə Bakıya güclü leysan yağmağa başlayıb.