Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi şagirdlərinin sayı az olan orta məktəblərin birləşdirilməsi ilə bağlı xüsusi proqram hazırlayacaq.
Trend-ə nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqram hazırlanıb həyata keçiriləcək.
Bu işlər "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası"nın əsasında reallaşdırılacaq.
Qeyd edək ki, Azərbaycanda 4000-dən çox orta məktəb var. Onların 1000-dən çoxunda şagird kontingentinin sayı 100 nəfərdən azdır.