...

Azərbaycan alimləri gübrə hazırlayan səyyar mini zavod ixtira ediblər

Cəmiyyət Materials 24 Sentyabr 2013 17:17 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kimya Problemləri İnstitutunun alimləri məişət və sənaye tullantılarını zərərsizləşdirən, bitkilər üçün gübrə hazırlayan səyyar mini zavod ixtira ediblər.
Azərbaycan alimləri gübrə hazırlayan səyyar mini zavod ixtira ediblər

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kimya Problemləri İnstitutunun alimləri məişət və sənaye tullantılarını zərərsizləşdirən, bitkilər üçün gübrə hazırlayan səyyar mini zavod ixtira ediblər.

Akademiyadan Trend-ə verilən məlumata görə, yeni texnologiya məişət tullantılarından təbii mineral birləşmələr əlavə etməklə gübrə almaq qabiliyyətinə də malikdir. Bu istiqamətdə tədqiqatlar institutun əməkdaşı, texnika elmləri doktoru, professor Mirəli Alosmanovun rəhbərliyi ilə aparılıb. Onun sözlərinə görə, qurğudan alınan gübrələr hər növ bitkilərin yetişdirilməsində istifadə oluna bilər. Mini zavodun sayının çoxaldılması və ölkənin bütün rayonlarında istifadəsi nəzərdə tutulur.

Yeni üsul AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodunda sınaqdan keçirilib və lazımi göstəricilər əldə olunub. Nəticələr Quba Regional Aqrar Elm Mərkəzində tətbiq olunub. Orada 0,5 hektarlıq sahədə əkilmiş yoncanın məhsuldarlığı göstərib ki, bu üsulla alınmış gübrə klassik yolla alınmış gübrədən geri qalmır.

Tədqiqatların nəticələri Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri və "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəstəklənir. Bu günə qədər aparılmış tədqiqatlara və keçirilmiş sınaqlara Kimya Problemləri İnstitutu tərəfindən 3700 manat xərclənib.

Qeyd edək ki, ixtiraya Azərbaycan Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Türkiyənin Sakarya Universitetindən patent alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti