...

Gülər Əhmədovanın cinayət işi üzrə istintaq tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Cəmiyyət Materials 25 Sentyabr 2013 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İ.İzzət/

Sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Trend-in sorğusuna cavabında Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanovun sözlərinə görə, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti