...

Cəlilabadda Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə baxış keçirilib

Cəmiyyət Materials 27 Sentyabr 2013 11:01 (UTC +04:00)
Ombudsmanın əməkdaşları Cəlilabad Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə baxış keçiriblər.
Cəlilabadda Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə baxış keçirilib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/

Ombudsmanın əməkdaşları Cəlilabad Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə baxış keçiriliblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) funksiyalarının icrası məqsədilə Cəlilabad Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirilib.

Kameralara, tibb, istintaq otaqlarına və s. baxış keçirilib, saxlanılan şəxslərlə təkbətək söhbət aparılıb, onlara hüquqları izah edilib, saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər yoxlanılıb. Həmin şəxslər buradakı şəraitdən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazılıq etməyiblər. Müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti