...

İranda sutkada 300 nəfər ürək-damar xəstəsi dünyasını dəyişir

Cəmiyyət Materials 28 Sentyabr 2013 11:33 (UTC +04:00)
İranda bir sutka ərzində 300 nəfər ürək-damar xəstəsi vəfat edir. Bunu İranın Səhiyyə Nazirliyinin ürək-damar xəstəlikləri üzrə idarə rəhbəri xanım Tahirə Samavat deyib.
İranda sutkada 300 nəfər ürək-damar xəstəsi dünyasını dəyişir

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranda bir sutka ərzində 300 nəfər ürək-damar xəstəsi vəfat edir. Bunu İranın Səhiyyə Nazirliyinin ürək-damar xəstəlikləri üzrə idarə rəhbəri xanım Tahirə Samavat deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

T.Samavat deyib ki, ölkədə bir sutka ərzində ümumilikdə 800 nəfər dünyasını dəyişir ki, onların 300 nəfəri ürək-damar xəstəsidir.

T.Samavat qeyd edib ki, ölkədə kişilər orta hesabla 59, qadınlar isə 65 yaşında ürək-damar xəstəliyinə tutulurlar: "Ürək-damar xəstəliyinin qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi vacibdir"

Qeyd edək ki, bundan öncə İranın səhiyyə naziri Həsən Qazizadə Haşimi Tehranda keçirilən "Ürək-damar xəstəliyi sahəsində yeniliklər" adlı konfransda çıxışı zamanı demişdi ki, İranda müxtəlif xəstəliklərdən ölənlərin 43,7 faizini ürək-damar xəstələri təşkil edir.

O bildirmişdi ki, qeyri-yoluxucu xəstəliklər hazırda dünya, o cümlədən İran səhiyyəsinin əsas problemlərindən biridir: "İldə 36 milyon nəfər qeyri-yoluxucu xəstəliklərdən dünyasını dəyişir. Vəfat edənlərin 80 faizi aşağı və orta gəlirli ölkələrdə yaşı 60-dan az olan insanlardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti