...

Bakıda daha bir saxta endirim kampaniyası ifşa olundu

Cəmiyyət Materials 28 Sentyabr 2013 12:46 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan, ev 34/9, 1-ci giriş, 1-ci mərtəbə ünvanında fəaliyyət göstərən fiziki şəxs Acalova Aysel Akif qızına məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Bakıda daha bir saxta endirim kampaniyası ifşa olundu

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan, ev 34/9, 1-ci giriş, 1-ci mərtəbə ünvanında fəaliyyət göstərən fiziki şəxs Acalova Aysel Akif qızına məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mağazanın giriş və yan hissəsində mağazada satışda olan mallara 50% endirim təqbiq edilməsi barədə "ENDİRİM 50%" və "50%" reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların hamısına endirim tətbiq edilmədiyi, qiymət kağızlarında onların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (endirimli qiymətin) qeyd olunmadığı müəyyən edilib.

Bundan başqa, reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və fiziki şəxs Aysel Acalova barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti