...

Təhsil Nazirliyi Karyera Planlama Mərkəzi yaradır

Cəmiyyət Materials 3 Oktyabr 2013 13:12 (UTC +04:00)
Trend-in məlumatına görə,bunu təhsil nazirinin müavini Ceyhun Bayramov VII Azərbaycan Beynəıxalq Təhsil və Karyera Sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.
Təhsil Nazirliyi Karyera Planlama Mərkəzi yaradır

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi nəzdində Karyera Planlama Mərkəzinin yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov VII Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.

Artıq bu istiqamətdə işlərə başlanıldığını deyən nazir müavini bildirib ki, həm "2007-2015-ci illər üzrə Xaricdə təhsil üzrə Dövlət Proqramı", həm də digər proqramlar çərçivəsində xaricdə təhsil alan tələbələrlə bağlı məlumatlar bir vahid mərkəzdə toplanmalıdır. Bu, həm gənclərin öz ixtisasları üzrə işlə təmin olunmasına, həm də onların biliklərindən düzgün faydalanmalarına kömək edəcək.

Nazir müavini onu da əlavə edb ki, 2013-2014-cü tədris ili nəzərə alınsa, indiyədək 2600-ə yaxın tələbə "2007-2015-ci illər üzə Xaricdə təhsil üzrə Dövlət Proqramı"nın işirakçısı olub. Bununla yanaşı, indiyədək 550-ə yaxın gənc bu proqram çərçivəsində xarici ölkələrin nüfuzlu ali məktəblərinin məzunu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti