...

Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cəzalar sərtləşdirilib

Cəmiyyət Materials 29 Oktyabr 2013 13:46 (UTC +04:00)
Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə isə fiziki şəxslər min beş yüz manat, vəzifəli şəxslər üç min manat, hüquqi şəxslər on min manat miqdarında cərimə edilirlər.
Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cəzalar sərtləşdirilib

Azərbaycan, Bakı, 29 oktyabr / Trend, müxbir M.Əliyev/

Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cəzalar sərtləşdirilib.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Məcəlləyə edilən dəyişikliyə görə, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycanın ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər min beş yüz manat, vəzifəli şəxslər üç min manat, hüquqi şəxslər on min manat miqdarında cərimə edilirlər (əvvəl xəbərdarlıq edilərək 15-40 manatadək cərimə nəzərdə tutulurdu).

Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə isə fiziki şəxslər min beş yüz manat, vəzifəli şəxslər üç min manat, hüquqi şəxslər on min manat miqdarında cərimə edilirlər.

Digər dəyişikliyə görə, mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcəklər.

Eyni zamanda yuxarıda qeyd olunan xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilirlər.

Dəyişiklikdə edilən qeydə uyğun olaraq bu maddələrdə göstərilən əməllər Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti