Elmir Vəliyev: Gəncənin Avropanın "Gənclər Paytaxtı" seçilməsi Azərbaycan xalqının qələbəsidir

Elmir Vəliyev: Gəncənin Avropanın "Gənclər Paytaxtı" seçilməsi Azərbaycan xalqının qələbəsidir

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Müsahibimiz "Gəncə EYC-2016" İctimai Birliyinin sədri Elmir Vəliyevdir.

- Gəncənin "Avropa Gənclər Paytaxtı" seçilməsi xəbərini gəncəli gənclər çox böyük sevinc və qürur hissi ilə qarşıladı. Amma bilirik ki, bu möhtəşəm qələbənin arxasında böyük zəhmət dayanır.

- Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Ölkə başcısı cənab Prezident tərəfindən Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinin məntiqi nəticəsidir. Odur ki, bu möhtəşəm qələbə münasibətilə möhtərəm cənab Prezidentimizi və xalqımızı ürəkdən təbrik etmək istəyirəm.

Uzun zaman aparılan bir işin nəticəsi olaraq biz bu ada sahib ola bildik. Gəncədə son illər ərzində çox böyük əhəmiyyətə malik beynəlxalq layihələr, dünya gənclər festivalı, liderlik məktəbi, təlim kursları, mübadilə proqramları və digər geniş miqyaslı tədbirlər həyata keçirildi. Eyni zamanda gənclər üçün infrastrukturun yaradılmasına başlanıldı ki, buraya yeni gənclər mərkəzinin təməlinin qoyulması, yeni olimpiya kompleksinin tikintisi, velosiped yollarının salınması və digər mühüm əhəmiyyət kəsb edən yeniliklər daxildir. Bütün bunlar gənclər üçün kompleks işlərin aparılmasına bir nümunədir. Həmçinin Gəncə şəhəri 2012-ci ildə Azərbaycanın ilk "Gənclər Paytaxtı" seçilmişdir. Bundan sonra da nə üçün Avropanın da "Gənclər Paytaxtı" olmasın? - deyə düşündük. Bu məqsədlə də Gəncə şəhərinin Avropanın "Gənclər Paytaxtı" olması üçün namizədliyi irəli sürüldü. Birinci il, yəni 2015-ci il üçün bu titulu qazana bilməsək də ruhdan düşmədik və işimizi yenidən davam etdirdik. 2016-cı il üçün Gəncə şəhərinin namizədliyini irəli sürdük və qalib olduq.

- Qələbə uğrunda Avropanın daha hansı şəhərləri mübarizə aparırdı?

- İlkin mərhələdə 12 şəhər öz namizdəliyini irəli sürmüşdür. Bunlardan Türkiyədən Konya, Gürcüstandan Batumi, Polşadan Katovitse, İtaliyadan Lesse kimi şəhərlər ilk mərhələdə yarışmadan kənarda qaldılar və Gəncə Bolqarıstanın Varna, Şimali İrlandiyanın Qalvey, Litvanın Vilnus və İspaniyanın iki şəhəri La Laquna və Badajas şəhərləri ilə ikinci mərhələyə adladı. Çox sevindirici haldır ki, sonda qalib Gəncə şəhəri oldu.

- "Avropa Gənclər Paytaxtı" adına sahib olmaq üçün iştirakçılardan nə tələb olunurdu?

- İştirakçılardan birinci tələb olunan şərt Avropa Şurasına daxil olan ölkənin şəhəri olmasıdır və bu şəhər özünün konsepsiyasını hazırlamalı, qalib olduqdan sonra hansı fəaliyyət planını həyata keçirəcəyi haqqında layihə təqdim etməlidir. Bunun üçün tam izahlı bir fəaliyyət proqramı hazırlanmalıdır. Eyni zamanda indiyə qədər gənclər sahəsində həyata keçirdiyi işlər və ümumilikdə ölkədə həyata keçirilən gənclər siyasəti də nəzərə alınır.

- Qalib olmazdan əvvəl nələri etmək lazımdır?

- Qeyd etdiyim kimi şəhər bu layihəyə müraciət edərkən 2016-ci il və ondan əvvəlki illər ( 2014-2015) hazırlıq mərhələsində nə kimi tədbirlər həyata keçirəcəyini tam izah edən bir proqrama, fəaliyyət planına malik olmalıdır. Həmcinin geniş şəbəkələşmə və təbliğat işləri də həyata keçirilməlidir.

- Bu qürurverici ada bir il əvvəl sahib olduğumuz respublikanın "Gənclər Paytaxtı" adının davamı kimi baxa bilərikmi?

- Bəli, biz Azərbaycanın "Gənclər Paytaxtı" adına layiq görüldükdən sonra Gəncə şəhəri "Avropa Gənclər Paytaxtı" adı uğrunda öz namizədliyini irəli sürdü. Bildiyiniz kimi 2011-2015-ci illər üçün Azərbaycan Dövlətinin Gənclər Proqramı var idi və Gəncə şəhərinin "Avropa Gənclər Paytaxtı"na namizədliyinin irəli sürülməsi möhtərərəm cənab Prezidentimizin imzaladığı həmin Dövlət Proqramına salınmışdı. Bu gün biz Gəncə gəncləri bu etimadı doğrultduğumuz ücun qurur duyuruq.

- Deyirlər niyyət aydın olanda məqsədə çatmaq daha asan olur. Çünki bu zaman bütün qüvvələri qarşıya qoyulan məqsəd uğrunda səfərbər edirsən. Bu mənada Gəncə gəncliyinin qarşısına qoyduğu növbəti məqsədi nədir?

- Məqsədimiz bütün dünyaya Azərbaycanımızın müasir Avropa ölkəsi olduğunu göstərməkdir. İstəyirik ki, Azərbaycan gəncləri dünya gəncləri ilə bir araya gəlsin. Axı, bu gün Azərbaycan gəncləri öz potensialına, intellektinə görə heç də digər ölkə gənclərindən geri qalmırlar. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən bir ölkəsinə nümunə ola bilər. Azərbaycanda Gənclər Fondu yaradılıb, gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil alması üçün dövlət proqramı həyata keçirilir. Azərbaycan gəncləri müxtəlif bilik yarışlarında, olimpiadalarda yüksək nəticələr göstərirlər. Mötəbər idman yarışlarında Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırırlar. Bütün bunlar isə onu göstərir ki, Azərbaycanın 4000 min yaşlı ulu və müasir şəhəri olan Gəncə Avropanın gənclər paytaxtı olmağa layiq bir məkandır. Qazanılan uğurlara istinad edərək Azərbaycan gəncliyinin qüdrətini, xüsusən də, aparılan genişmiqyaslı quruculuq işləri sayəsində gündən-günə inkişaf edən, gözəlləşən Gəncə şəhərinin Avropa şəhərləri ilə bir sırada addımladığını dünyaya bəyan etməkdir.

- Bu qüruru yaşamaq necə bir hissdir?

- Bu, hər bir gəncəli üçün çox böyük bir qürur, çox böyük bir sevinc, eyni zamanda çox böyük həyəcan idi; bizim şəhərimiz Avropanın 12 şəhəri ilə yarışdı və onların hamısından irəlidə olduğunu sübut etdi.

- "Gənclər Paytaxtı" seçildikdən sonra Gəncə bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi. "Avropa Gənclər Paytaxtı" adı isə yəqin ki, bu miqyası bir az da genişləndirəcək, Avropa gənclərinin şəhərimizə olan marağını bir az da artıracaq.

- Əlbəttə, bu titul şəhərimizin, Azərbaycanımızın daha böyük miqyasda tanınması üçün böyük rol oynayacaq və şəhərimizin turizm potensialı üçün geniş imkanlar açacaq. Təbii ki, avropalı gənclər istəyəcəklər ki, öz paytaxtlarına gəlsinlər. Çünki Gəncə artıq təkcə Azərbaycanın şəhəri deyil, həm də Avropanın gənclər paytaxtıdır. Təbii ki, bu da şəhərimizə daha çox insanın marağını artıracaq, onların Gəncəyə gəlmək istəyinə bir təkan olacaqdır.

- Gənclik böyük qüvvədir. Bu qüvvə sayəsində daha nələri əldə edə biləcəyik?

- Doğrudanda Azərbaycan gəcnliyi özünün boyük qüvvə olduğunu sübut etdi və mən əminəm ki, bu gəncliyin ölkə başcısı cənab prezidentin ətrafında sıx birləşməsi nəticəsində Azərbaycan daha böyük uğurlara nail olacaqdır.

Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağada xidmətə etiraz edir
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağada xidmətə etiraz edir
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Nazirlər Kabineti prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar qərar verdi
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağada xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Bakıda ev yanır - Əraziyə FHN cəlb olunub
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - İdman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Vətən müharibəsində iştirak etdiyinə görə təltif olunan 57 dəmiryolçu
Azərbaycan nefti bahalaşıb
Kürdəmirdə 18 kilometrlik yolun yenidən qurulması yekunlaşır (FOTO)
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
SOCAR hava şəraiti ilə əlaqədar platformalarda açıq sahələrdə işləri dayandırıb
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır
İşğaldan azad olunan ərazilərdə yeni layihənin icrası planlaşdırılır
"Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB (FOTO)
ABŞ-da etiraz aksiyaları başlayıb, saxlanılanlar var
Dövlət Məşğulluq Agentliyi son bir ildə 150 mindən çox şəxsi aktiv məşğulluq tədbirlərinə cəlb edib
Sabah şaxta olacaq
ENGİNET təhsil işçilərinə özəl təklif hazırlayıb
Şuşa və digər azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı işlərə başlandı - RƏSMİ
Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti arasında videokonfrans formatında görüş keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
“Azəripək” MMC-nin inkişaf strategiyasının formalaşması üzrə işlər aparılır
Sabahdan milli parklar ziyarətçilər üçün açıq olacaq
Rusiyada daha 612 nəfər koronavirusdan öldü
Ov mövsümü başlayır
BTC ilə ötən il nəql edilən neftin həcmi açıqlanıb
Benilüks Azərbaycanlıları Konqresi niderlandlı deputatlara müraciət edib
Liviyada həbsdə olan 2 azərbaycanlı vətənə geri qayıdıb - XİN
Bütün xəbərlər