...

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya ilkin hesabatını təqdim edəcək

Cəmiyyət Materials 29 Noyabr 2013 15:31 (UTC +04:00)
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya təxminən 2 aydan sonra ilkin hesabatını təqdim edəcək. Bu barədə Trend-ə Komissiyanın katibi Vüsal Hüseynov bildirib.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya ilkin hesabatını təqdim edəcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İ.İzzət/

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya təxminən 2 aydan sonra ilkin hesabatını təqdim edəcək. Bu barədə Trend-ə Komissiyanın katibi Vüsal Hüseynov bildirib.

Onun sozlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya 2014-cü ilin əvvəlində, təxminən yanvarın sonu, fevralın əvvəllərində ilkin hesabatını hazırlayaraq ictimiayyətə təqdim edəcək: "Hesabat 2012-2013-cü illəri əhatə edəcək. Hesabatda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" və "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti əks olunacaq".

Katib qeyd edib ki, Komissiya hər iki planın icrasının nəticələri əsasında müvafiq tövsiyələr hazırlayacaq. Həmin tövsiyələr hesabatın sonunda yer alacaq və aidiyyəti dövlət qurumlarına göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti