...

Gəncədə 1000 ha ərazidə texnopark inşa ediləcək

Cəmiyyət Materials 14 Fevral 2014 17:02 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bunun üçün artıq Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən yer də ayrılıb.
Gəncədə 1000 ha ərazidə texnopark inşa ediləcək

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Gəncədə 1000 ha ərazidə texnopark inşa ediləcək.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bunun üçün artıq Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən yer də ayrılıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Gəncədə keçirilən səyyar iclasında bildirilib.

AMEA-nın Rəyasət Heyətinin üzvləri Gəncədə aparılan arxeoloji qazıntılar zamanı Arxeologiya İnstitutu ilə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, yaxın zamanda Gəncədə fiberoptik kabellərin çəkilməsi son elmi nailiyyətlərin nəticəsidir.

İclasda AMEA-nın Gəncə bölməsinin 2013-cü il üçün hesabatı qənaətbəxş hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti