...

Əmək və əhalinin sosial müdafiəsi naziri növbəti vətəndaş qəbulunu Sumqayıtda keçirəcək

Cəmiyyət Materials 17 Fevral 2014 11:04 (UTC +04:00)
Fevralın 21-də saat 10:00-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Sumqayıt şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu şəhərin, eləcə də Qubadlı, Abşeron, Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri növbəti vətəndaş qəbulunu Sumqayıtda keçirəcək

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Fevralın 21-də saat 10:00-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Sumqayıt şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu şəhərin, eləcə də Qubadlı, Abşeron, Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Nazirliyin Aparatında: (012) 596 44 07;
Sumqayıt şəhər ƏSMM-də: (018) 642-20-63;
Qubadlı rayon ƏSMM-də: (018) 654-47-91;
Abşeron rayon ƏSMM-də: (012) 342-11-82;
Xızı rayon ƏSMM-də: (023) 315-02-18.

Abşeron və Xızı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Sumqayıt şəhərinə aparılıb gətirilmələri təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti