...

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Cəmiyyət Materials 11 Mart 2014 00:01 (UTC +04:00)
Bu gün Azərbaycanda Yel çərşənbəsidir.
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycanda Yel çərşənbəsidir. Trend-in məlumatına görə, ilin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.

Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.

İnama görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər.

Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, Bahar Azərbaycana martın 20-də 20.57-də daxil olacaq. Həmin gün bayram axşamı kimi qeyd ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti