...

Əbülfəs Qarayev: Azərbaycanda əsas məqsədlərdən biri tarixi abidələr vasitəsilə ölkəyə turizm axınını artırmaqdır

Cəmiyyət Materials 11 Mart 2014 15:56 (UTC +04:00)
Azərbaycanda əsas məqsədlərdən biri tarixi abidələr vasitəsilə ölkəyə turizm axınını artırmaqdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın tədqimatında deyib.
Əbülfəs Qarayev: Azərbaycanda əsas məqsədlərdən biri tarixi abidələr vasitəsilə ölkəyə turizm axınını artırmaqdır

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda əsas məqsədlərdən biri tarixi abidələr vasitəsilə ölkəyə turizm axınını artırmaqdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın tədqimatında deyib.

Nazir bildirib ki, Azərbaycanda tarixi abidələrin son inventarlaşdırılması 2001-ci ildə aparılıb. Həmin vaxt 6308 tarixi abidə siyahıya alınıb. Son 4-5 ildə isə 1705 yeni abidə siyahıya daxil edilib. Azərbaycanda artıq 100-dən çox tarixi abidənin pasportu hazırlanıb.

Ə.Qarayev qeyd edib ki, tarixi abidələrin hamısı pasportla təmin olunmalıdır: "Ancaq bu, yalnız bir nazirliyin işi deyil. 8000-dən çox abidənin pasportlaşdırılması kifayət qədər güc tələb edən işdir. Buna görə də bütün dövlət qurumları bu işə cəlb olunmalıdır".

Onun sözlərinə görə, bu gün tarixi abidələrin mühafizəsi işinin təşkili də düşündürücü məsələlərdən biridir. Tarixi abidələrin mühafizəsində yerli ictimaiyyət də fəal iştirak etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti