...

Etibar Mirzəyev: Bakının mərkəzində yerləşən çoxmərtəbəli binada baş verən yanğın 1500 kvadratmetri əhatə edib

Cəmiyyət Materials 12 Mart 2014 11:53 (UTC +04:00)
Bakının mərkəzində "Sahil" Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğın 1500 kvadratmetri əhatə edib.
Etibar Mirzəyev: Bakının mərkəzində yerləşən çoxmərtəbəli binada baş verən yanğın 1500 kvadratmetri əhatə edib

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Mehdiyev/

Bakının mərkəzində "Sahil" Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğın 1500 kvadratmetri əhatə edib. Trend-in məlumatına görə, bunu hadisə yerində olan jurnalistlərə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, saat 9:48-də FHN-in "112" xidmətinə "Sahil" Ticarət Mərkəzində yanğın haqqında məlumat daxil olub: "Dərhal hadisə yerinə FHN-in texnikası cəlb olunub və bir saat yarım ərzində yanğın tam söndürülüb. Yanğının ilkin səbəbləri araşdırılır. Hələlik dəqiq səbəb məlum deyil".

E.Mirzəyev bildirib ki, texnikaların hadisə yerinə yaxınlaşmasına küçədə olan nəqliyyatın çoxluğu maneçilik törədib. Bu da yanğının söndürülməsini ləngidib.

Qeyd edək ki, bir qədər əvvəl metronun "Sahil" stansiyanın üstündəki çoxmərtəbəli binanın 3-cü mərtbəsində, "Sahil" Ticarət Mərkəzində güclü yanğın baş verib. Artıq yanğın söndürülüb. Baş verən yanğın zamanı 5 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti