...

Ukraynada tibb sahəsində təhsil alan azərbaycanlı tələbələrin və gənc həkimlərin birinci konfransı keçiriləcək

Cəmiyyət Materials 19 Mart 2014 17:32 (UTC +04:00)
Martın 27-də Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı və Azərbaycan Səfirliyinin dəstəyi ilə Səfirliyin "Naxçıvan" salonunda Ukraynada tibb sahəsində təhsil alan azərbaycanlı tələbələrin və gənc həkimlərin birinci konfransı keçiriləcək.
Ukraynada tibb sahəsində təhsil alan azərbaycanlı tələbələrin və gənc həkimlərin birinci konfransı keçiriləcək

Azərbaycan, Bakı, 19 mart /Trend/

Martın 27-də Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı və Azərbaycan Səfirliyinin dəstəyi ilə Səfirliyin "Naxçıvan" salonunda Ukraynada tibb sahəsində təhsil alan azərbaycanlı tələbələrin və gənc həkimlərin birinci konfransı keçiriləcək.

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən Trend-ə daxil olan məlumata görə, konfransın keçirilməsində məqsəd Ukraynada tibb sahəsində təhsil alan tələbələr və işləyən gənc həkimlər arasında əlaqələrin qurulması, bilik-təcrübə mübadiləsinin artırılması, müasir tibbdə aktual məsələlərin müzakirəsi, beləliklə də Azərbaycanda səhiyyənin inkişafına müəyyən töhfə verilməsindən ibarətdir.

Ukraynada tibb sahəsində təhsil alan Azərbaycanlı tələbələrin təhsillərini bitirdikdən sonra vətənə qayıtmalarına, ölkəmizin səhiyyə strukturları, tibbi tədris müəssisələri ilə qarşılıqlı təmasda olmalarına, həmçinin tibb sahəsində mütəxəssislərin yetişməsinə xidmət etmək baxımından müəyyən fayda verəcəyinə inanaraq Səfirlik və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi konfransın təşkilinə dəstək göstərir.

Səfirliyin "Naxçıvan" tədbir salonunda keçiriləcək konfransda ümumi iştirakçı sayı 100-ə qədər olmaqla Ukraynada tibb sahəsində təhsil alan azərbaycanlı tələbələrin, Ukraynada və ya digər xarici ölkədə təhsilini tamamlayaraq hazırda xidmət göstərən həkimlərin iştirakı nəzərdə tutulmuşdur. Tədbirdə tibbdə rezidentura təhsili imkanları və xaricdə çalışan azərbaycanlı həkimlərin peşəkar əməkdaşlıq yolları kimi panel müzakirələr planlaşdırılır.

Tədbirdə iştirak etmək niyyətində olan tələbə və həkimlər Ukrayna Azərbaycanlı Gənclər Birliyine müraciət edə bilər. İştirak üçün 23 mart 2014-cü il tarixinədək təşkilatçılara müraciət etmək tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti