...

Türkiyədə "Twitter" şəbəkəsinə giriş bağlanıb

Cəmiyyət Materials 21 Mart 2014 04:53 (UTC +04:00)
Türkiyə hökuməti "Twitter" şəbəkəsinə girişi bağlayıb. Trend-in məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti yazır.
Türkiyədə "Twitter" şəbəkəsinə giriş bağlanıb

Azərbaycan, Bakı, 21 mart /Trend/

Türkiyə hökuməti "Twitter" şəbəkəsinə girişi bağlayıb. Trend-in məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti yazır.

"Twitter" şəbəkəsinə girişin bağlanması Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışından bir neçə saat sonra baş verib.

Belə ki, Türkiyənin Baş naziri cümə axşamı partiyasının mitinqində bildirib ki, ölkədə Twitter-ə giriş mümkün olmayacaq.

Onun sözlərinə görə, "Twitter" şəbəkəsinə girişin qeyri-mümkünlüyünün azadlığa heç bir aidiyyəti yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti