...

Azərbaycanda penitensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi tikilir

Cəmiyyət Materials 28 Mart 2014 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisinə başlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial mühitə uyğunlaşdırılması məqsədinə xidmət edəcək.

Bu məqsədlə Mərkəz dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həmin şəxslərin hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi istiqamətində müvafiq işləri görəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti