...

Azərbaycanda növbəti Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb

Cəmiyyət Materials 1 May 2014 15:58 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə sahə mülkiyyətçiləri ilə mütəmadi olaraq görüşlər keçirilir, mövcud qanunvericilik, eləcə də onların hüquq və vəzifələri izah olunur, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi və saxlanması prinsipləri və üsulları barədə məlumat verilir.
Azərbaycanda növbəti Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb

Azərbaycan, Bakı, 1 may /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, o cümlədən çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə sahə mülkiyyətçiləri ilə mütəmadi olaraq görüşlər keçirilir, mövcud qanunvericilik, eləcə də onların hüquq və vəzifələri izah olunur, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi və saxlanması prinsipləri və üsulları barədə məlumat verilir.

Bundan başqa, mənzil mülkiyyətçilərinin maarifləndirilməsi məqsədilə müvafiq qanunvericilik aktlarını, məlumatları və digər sənədləri özündə əks etdirən kitabçalar və broşurlar paylanıb, bu işlər hazırda da davam etdirilir.

Görülən işlər çərçivəsində, həmçinin Yasamal rayonu Naxçıvani küçəsi, 14 ünvanındakı 16 mərtəbəli 102 mənzilli yeni tikilmiş binanın sahə mülkiyyətçiləri ilə görüşlər keçirilib, binada Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMMC) yaradılması ilə bağlı mənzil mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi, təşkilatın Nizamnaməsinin və digər zəruri təsis sənədlərinin hazırlanmasına köməklik göstərilib. Bunun nəticəsi olaraq, həmin ünvanda ölkədə növbəti MMMC yaradılıb, "Yasamal-2" MMMC adı ilə dövlət qeydiyyatına alınıb.

Hazırda Nazirlik tərəfindən Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq, Bakı şəhəri üzrə iyirmiyə yaxın çoxmənzilli binada yeni idarəetmə üsullarının tətbiq edilməsi istiqamətində sahə mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir, yeni idarəetmə üsullarının üstünlükləri haqqında məlumatlar verilir, mənzil mülkiyyətçilərinin ümumi yığıncaqlarının keçirilməsində və müvafiq təsis sənədlərinin hazırlanmasında, həmçinin digər təşkilati məsələlərdə dəstək göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti