...

Bakıda daha bir yolun asfalt-beton örtüyü çöküb

Cəmiyyət Materials 3 May 2014 14:02 (UTC +04:00)
Bakıda Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolunun 15-ci kilometrliyində yolun bir neçə hissəsində asfalt-beton örtüyü çöküb.
Bakıda daha bir yolun asfalt-beton örtüyü çöküb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.İsmayılov/

Bakıda Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolunun 15-ci kilometrliyində yolun bir neçə hissəsində asfalt-beton örtüyü çöküb. Bu barədə Trend-in müxbiri xəbər verir.

Asfalt-beton örtüyünün çökməsi yolun Buzovna qəsəbəsindəki hissəsində baş verib.

Hazırda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə iş aparılır.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev yolun göstərilən hissəsində baş vermiş çökmə faktını təsdiqləyib.

Bir neçə ay əvvəl "Azərsu" ASC (milli su operatoru) məhz yolun həmin hissəsində su kəmərinin çəkilişi işlərini həyata keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti