...

Azərbaycan Qadınları İnkişaf Şəbəkəsinin növbəti görüşü keçirilib

Cəmiyyət Materials 7 May 2014 18:02 (UTC +04:00)
Bu gün Azərbaycan Qadınları İnkişaf Şəbəkəsinin növbəti görüşü keçirilib.
Azərbaycan Qadınları İnkişaf Şəbəkəsinin növbəti görüşü keçirilib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir S.Әhmədova/

Bu gün Azərbaycan Qadınları İnkişaf Şəbəkəsinin növbəti görüşü keçirilib.

Trend-in məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın xanımı Feys Morninqstar tədbirdə çıxış edərək budəfəki görüşün Analar gününə həsr olunduğunu bildirib.

Azərbaycan və Amerika qadınları arasında oxşar və fərqli cəhətlər barədə danışan F.Morninqstar bildirib ki, hər iki ölkənin mədəniyyətində ailəyə qayğı baxımından çox oxşar cəhətlər var: "Azərbaycanda rast gəldiyim qadınlar çox aktivdirlər və maraqlıdırlar. Bu, Amerika qadınları ilə daha bir oxşar cəhətdir. Hər iki millətin qadınları üzərilərində çox ciddi işləyirlər. Bəzən həyatda elə vəziyyətlə qarşılaşırlar ki, iş və həyat balansını qorumağa çalışırlar".

O, qeyd edib ki, Azərbaycan Qadınları İnkişaf Şəbəkəsində analar, müəllimələr, hüquqşünaslar, professorlar, dövlət qurumlarında və müxtəlif sahələrdə işləyən qadınlar cəmləşiblər: "Bu şəbəkənin əsas məqsədi qadınların işdə, evdə, təhsildə, münaqişələrin həllində, ümumiyyətlə, cəmiyyətdə rolunu artırmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti