...

Azərbaycanda gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli yaşayış evi istifadəyə veriləcək

Cəmiyyət Materials 23 May 2014 16:00 (UTC +04:00)
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda gözdən əlil vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir.
Azərbaycanda gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli yaşayış evi istifadəyə veriləcək

Azərbaycan, Bakı, 23 may /Trend/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda gözdən əlil vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yaşayış binasının cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Mənzillərin 66-sı birotaqlı, 44-ü ikiotaqlı, 22-i üçotaqlıdır. Burada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır. Gözdən əlillərin əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından istifadə olunur.

Binanın aşağı mərtəbələrində gözdən əlillərin asudə vaxtlarda mənalı istirahəti, habelə onlarla bağlı ictimai-mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılır, ətrafda abadlıq işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti