...

Azərbaycanın media təmsilçiləri 8-ci Beynəlxalq Əl-Cəzirə Forumunda iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 29 May 2014 14:16 (UTC +04:00)
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu 8-ci Beynəlxalq Əl-Cəzirə Forumuna qatılıb.
Azərbaycanın media təmsilçiləri 8-ci Beynəlxalq Əl-Cəzirə Forumunda iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu 8-ci Beynəlxalq Əl-Cəzirə Forumuna qatılıb.

BAMF-ın İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və fondun əməliyyat departamentinin rəhbəri Ramil Əzizov 26-28 may 2014-cü il tarixlərində Qatarın paytaxtı Doha şəhərində, Əl-Cəzirə Media Şəbəkəsi tərəfindən təşkil olunan "Ərəb Dünyasında Dəyişikliklər: İstiqamət Haradır?" movzusunda beynəlxalq forumda iştirak edib.

Tədbiri giriş sözü ilə açan Əl-Cəzirə Media Şəbəkəsinin sədri Hamad bin Tamer al Thani və Türkiyənin baş nazirinin müavini Bülent Arınç ümumilikdə islam dünyasında baş verən dəyişikliklərin mahiyyətinə toxunub. "2-ci Dünya müharibəsindən sonra yeni bir soyuq müharibə dövrü yaşanmaqdadır. Suriya və Ukraynada baş verənlər bizi ciddi şəkildə narahat edir. Belə bir şəraitdə arada qalan deyil, ara bulucu olmalıyıq"deyən Türkiyənin baş nazirinin müavini inkşaf və demokratiya üçün "Yalançı ərəb baharı və qışlarına deyil, qarşılıqlı dialoq, əzmlə fəaliyyətə və ümumi həmrəyliyə nail olmalıyıq" deyə bildirib.

Tədbirdə çıxış edən Mərakeşin Təhsil Naziri Somaia Benxaldoun, Suriya Milli Şurasının keçmiş rəhbəri Burhan Qaliun, Le Monde Diplomatq jurnalının baş redaktoru Alain Greş, Tunisin keçmiş baş naziri Əli Laridih regionun inkşafı üçün qarşılıqlı dialoqun və əməkdaşlıq imkanlarının gücləndirilməsindən danışıblar. Daha sonra Forum "Ərəb ölkələrində dəyişikliklər zamanı gənclərin rolu", Media Təlimləri və Sosial Dəyişikliklər", Böhran dövründə İnsan Haqlarının və Medianın Rolu", "Türkiyənin regiondakl siyasətində baş verən dəyişikliklər və onun tətbiqi" mövzularında panel müzakirələr başlanıb.

27 may tarixində "Böhran dövründə İnsan Haqlarının və Medianın Rolu" mövzusunda paneldə çıxış edən Umud Rəhimoğlu Azərbaycan ərazilərinin işğal faktorunun aradan qaldırılması, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bərpa edilməsi istiqamətində birgə səylərin birləşdirilməsinin vacibliyini bildirib. "Bəzən beynəlxalq təşkilatlar Azərbaycanın bir milyondan yuxarı məcburi köçkününün hüquqlarını deyil, müharibə zamanı öldürülən dinc insanların, media işçilərinin yaşamaq hüquqlarından deyil, daha çox maraq dairələrində olan məsələlərdən danışmağa üstünlük verirlər" deyən U. Rəhimoğlu Cənubi Qafqazda, eləcə də post Sovet məkanında yaranan münaqişələrin mahiyyətinə toxunaraq, bu münaqişələrin yaranmasında obyektiv informasiyanın olmaması faktorunun həlledici olduğunu qeyd edib. Çıxışının sonunda O, bütün media qurumlarını, insan hüquqları müdafiəçilərini, vətəndaş cəmiyyəti qurumlarını işğal faktorunun aradan qaldırılmasında eləcə də medianın, insan hüquq və azadlıqlarının qorunmasında həmrəy olmağa çağırıb.

Daha sonra U.Rəhimoğlu paneldə çıxış edən Beynəlxalq Mətbuat İnstitunun direktoru Alisson MakKenzi, Keçid Dövrü Hüquqları üzrə Beynəlxalq Mərkəzin direktoru Deyvid Tolbert, Beynəlxalq Amnesti təşkilatının baş katibi Stiv Krauşou, Sərhədboyu Müdafiəçilər təşkilatının icraçı direktoru Meri Lavlor, İnsan Haqlarına Baxış beynəlxalq təşkilatının icraçı direktoru Kennett Rut, Beynəlxalq Qızıl Xaç Komitəsinin baş katibinin müavini Baltasar Stahelin, Beynəlxalq Qızıl Xaç Federasiyasının baş katibi Bekele Geleta, BMT baş katibinin İnsan Haqları üzrə müşaviri ilə birgə media və insan hüquqları sahəsində səylərin birləşdirilməsi, müvafiq normativ sənədlərin icrasına nəzarət və ümumi fəaliyyətin hüquqi formatının müəyyən edilməsi, humanitar böhran və münaqişələr dövründə medianın rolu, azad sözün və ifadə sərbəstliyinin qorunması, media işçilərinin təhlükəli tapşırıqlarda qorunması, zorakılıqların qarşısının alınması və sair məsələlərə dair müzakirələrə qatılıb.

Günün ikinci yarısında U. Rəhimoğlu tədbirin özəl qonaqları olan beynəlxalq təşkilatların nümayəndələri ilə birgə, forum zamanı səslənən fikirlərin ümumiləşdirilərək maraqlı tərəflərlə paylaşılması və regionda daha ciddi bir media və insan haqlarının qorunması şəbəkəsinin yaradılmasına dair Əl-Cəzirə rəhbərliyi ilə müzkirələrə qoşulub. Daha sonra Əl-Cəzirə Media Şəbəkəsinn İcraçı diektoru Mustafa Souj, İnsan Haqları Departamentinin rəhbəri Sami-əl Hac və Baş prodüsser Həsən Said Elmogummerlə təkbətək görüşən U.Rəhimoğlu qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, Əl-Cəzirənin Azərbaycandan yayımlanması perepektivləri, Azərbaycan həqiqətlərinin daha doğru və etibarlı mənbələrdən alınmış obyektiv informasiya əsasında işıqlandırılması, Qarabağ münaqişəsinə dair beynəlxalq forumun təşkilinə dair danışıqlar aparıb. Bununla yanaşı O, Əl-Cəzirə rəhbərliyi ilə konflikt bölgələrində, eləcə də Beynəlxalq Sülh Bürosu tərəfindən nümayəndəsi olduğu 18 Qərbi Asiya ölkəsində sülh quruculuğuna xidmət edən aksiyaların keçirilməsi məsələsini də müzakirə edib.

Forumun işinə 28 may tarixində yekun vurulub. 500 nəfərdən çox ictimai-siyasi xadimi bir araya gətirən 8-ci Əl-Cəzirə Forumu Regionda sülhün bərqərar olunması, azad medianın və insan haqlarının qorunması, humanitar böhran zamanı təhlükəsizliyin gücləndirilməsi istiqamətində çağırışlar ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti