...

"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır

Cəmiyyət Materials 6 İyun 2014 16:11 (UTC +04:00)
Bakı artıq daha müasir, bahalı və göz oxşayan şəhərə çevrilib. Trend-in məlumatına görə, bu barədə "Bloomberg" saytı yazır.
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bakı artıq daha müasir, bahalı və göz oxşayan şəhərə çevrilib. Trend-in məlumatına görə, bu barədə "Bloomberg" saytı yazır.

Şəhərin gözoxşayan binaları sırasına Zaha Hədid tərəfindən layihələndirilmiş incəsənət mərkəzi olan Heydər Əliyev Mərkəzi, gələn il keçiriləcək İlk Avropa Oyunları üçün əsas arena kimi xidmət edəcək 640 milyon dollarlıq futbol stadionu, inşası davam edən 50 adadan ibarət arxipelaq - "Khazar Islands", möhtəşəm hotellər və digər tikililər daxildir.

Məlumatda deyilir ki, Bakıdakı möhtəşəm tikililərdən biri də üç alov şəklində olan binalardan ibarət Flame Towers-dir.

Üç binadan birində Bakıda yeni açılan "Fairmont Hotel" yerləşir. Buradan isə paytaxta və Xəzər dənizinə möhtəşəm mənzərə açılır.

Sayt yazır ki, Bakıda fəalliyət göstərən digər məşhur "Four Seasons" hotelinin baş meneceri Sem İoannidis hesab edir ki, Azərbaycan Bakını dünya səviyyəli bir şəhərə çevirmək üçün çox çalışır.

Məqalədə qeyd olunur ki, minilliklərlə hesablanan zəngin tarixi sayəsində Bakı şəhəri Fars körfəzinin müasir şəhərlərindən daha maraqlı bir şəhərə çevrilir. Bakının qədim divarları daxilində yerləşən karvansaraylar, məscidlər və bərpa olunan orta əsrlərə aid saraylar YUNESKO-nun siyahısına salınan tarixi binalardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti