...

Əlilliyi olan şəxslər 8400-dən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib

Cəmiyyət Materials 9 İyun 2014 15:39 (UTC +04:00)
Cari ilin yanvar-may aylarında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 6782 ədəd müxtəlif növ reabilitasiya vasitəsi, o cümlədən 149 ədəd əlil arabası əlilliyi olan şəxslərə təqdim edilib.
Əlilliyi olan şəxslər 8400-dən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Cari ilin yanvar-may aylarında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 6782 ədəd müxtəlif növ reabilitasiya vasitəsi, o cümlədən 149 ədəd əlil arabası əlilliyi olan şəxslərə təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həmçinin müxtəlif növlərdə ümumilikdə 1298 ədəd protez-ortopedik məmulat hazırlanaraq əlilliyi olan şəxslərin istifadəsinə verilib. Əlilliyi olan şəxslərin müraciətləri əsasında onlara məxsus 353 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir olunub.

Beləliklə, son 5 ay ərzində ƏƏSMN-in qeyd olunan müəssisələri tərəfindən əlilliyi olan şəxslər ümumilikdə 8433 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti