...

TQDK iyunun 13-də növbəti buraxılış imtahanını keçirəcək

Cəmiyyət Materials 10 İyun 2014 13:51 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 13-də növbəti buraxılış imtahanını keçirəcək.
TQDK iyunun 13-də növbəti buraxılış imtahanını keçirəcək

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 13-də növbəti buraxılış imtahanını keçirəcək.

Trend komissiyanın saytına istinadən bildirir ki, imtahanlar Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavəndin orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdləri üçün mərkəzləşdirilmiş qaydada aparılacaq.

Həmin gün saat 10:00-da IX sinif şagirdləri, 15:00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etmiş 9-cu sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Bununla əlaqədar qəbul qaydaları və qəbul elanı "Abituriyent" jurnalının 3-cü sayında dərc edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti